İqtisadiyyatManşet

Azərbaycanlı məşhur milyarder Bakıdakı villasını satışa çıxartdı (FOTO)

Neftin qiymətinin düşməsi Vahid Ələkbərovu villasını satmağa vadar etdi

Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb.

AzToday.az xəbər verir ki, bu barədə iqtisadçı Qulu İbrahimli məlumat paylaşıb.

Onun sözlərinə görə, görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərcləri yükündən də azad olmağa vadar edib:

“Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayı yaxınlığında yerləşən klassik üslubda və gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı vardır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button