İdman

Futbol veteranları incəsənət xadimləri ilə yoldaşlıq oyunu keçirdi (VİDEO)

8 fevral tarixində Binəqədi İdman Kompleksində universal CUP turnirinin final oyunu kecirilib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, final oyunundan öncə Azərbaycan futbolunun təbliği məqsədi ilə futbol veteranları və tanınmış incəsənət xadimlərinin yoldaşlıq oyunu keçirilib.

Veteranlar komandasında Oqtay Abdullayev, Maşşallah Əhmədov, Mahmud Qurbanov, Hüseyn Məhhəmmədov, İsgəndər Cavadov və başqaları çıxış edib.

İncəsənət xadimlərinin komandasında isə Aşıq Əli, Fərda Amin, Etibar Qasımov, Ənvər Abbasov, Coşqun Viləş, Ramil Abdullayev, Vüqar Şəfiyev, Vüqar Bəxtiyar, Ceyhun Nemətov və Elgün Bayramlı oynayıblar.

Yoldaşlıq oyunu 7-5 hesabı ilə veteranların qələbəsi ilə başa çatıb.

Turnirin təşkilatçıları Azad Axundov, Vüqar Bəxtiyar, Namiq Zülfüqarov oyunların keçirilməsində yaradılan şəraitə görə, Binəqədi İdman Kompleksinin rəhbərliyinə təşəkkür edib.

Bənzər yazılar

Back to top button