Bizim seçimİqtisadiyyat

Bakının bahalı 5 ulduzlu hotelləri

Onlardan 52-də 1 gecənin qiyməti 374 manatdan başlayır

5 ulduzlu hotellərin sayı Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13-dür. Bu barədə məlumatı Booking.com saytından əldə etdim. Bakıda 5 ulduzlu hotellərin sayının çoxluğunu aşağıdakılarla izah etmək olar. Öncə hesab edirəm ki, Azərbaycanın paytaxt şəhərində 5 ulduzlu hotellərin sayının 100-dən çox olması neft fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına yatırılmasından xəbər verir. İkincisi, bu hotellər büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır. 2020-ci ilin büdcəsindən bu məqsədlə 221,5 milyon manat ayrılıb. Bakıya gələn qonaqlar da əsasən hakim dairələrə məxsus olan 5 ulduzlu hotellərdə yerləşdirilir. Üçüncüsü, ölkə paytaxtında 5 ulduzlu hotellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir. Ölkədə 100 minlərlə gənclər mənzilsiz yaşadığı halda bu hotellər yalnız beynəlxalq tədbirdən tədbirə doldurulur. Dördüncüsü, böyük etimalla Bakıdakı 5 ulduz hotellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də rüşvətin müqabilində həmin statusu qazanıb. Nəhayət, Bakıda 5 ulduz hotellərin sayının 2 və 3 ulduz hotellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlb ediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur. Çünki, turistlər adətən aşağı ulduzlu, ucuz hotelləri olan ölkələrə səyahət edirlər. Araşdırma göstərdi ki, dekabrın ortalarında Bakıdakı hotellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır.

Vay Bakıda gecələyən turistlərin halına!

Qubad İbadoğlu, iqtisadçı ekspert

Bənzər yazılar

Back to top button