Hadisə

Hərbçinin xanımı: “Prokurorluq və polis işçiləri apardılar, 10 gün sonra meyiti verildi” – Video

“Mənim yoldaşım polkovnik-leytenant Saleh Qafarov 22 il qüsursuz xidmət edib. Aprel ayında (2017-ci il) ordudan tərxis olundu. May ayının 4-ü gecə Qəbələ rayonunun prokurorluq və polis işçiləri tərəfindən evindən aparıldı. Və 10 gündən sonra bizə meyiti verildi”.

Bunu polkovnik-leytenantın həyat yoldaşı deyib.

“Sonra mən Bakıya gəldim, hərbi prokurorluqda onun meyitinin ekspertiza şəkillərinə baxdım. Orada Salehin bütün dırnaqları çəkilmişdi. Ayaq qırılmış, ağız cırılmış, boyun qırılmış, bud nahiyələri deşik-deşik olmuş…”, – o bildirib.

https://www.instagram.com/reel/Cqdl-OHI11t/?utm_source=ig_web_button_share_sheet

Bənzər yazılar

Back to top button