Dünya

Blinken Qəzzada humanitar fasilə təklif edəcək – KİV

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı əcnəbi girovların əksəriyyətinin azad edilməsi müqabilində Qəzza zolağında 12 saatlıq humanitar fasilənin tətbiq edilməsini təklif edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News Arabia” Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Blinken, həmçinin, İsrail tərəfindən BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrinin hərəkətinə icazə verməsini tələb edəcək.

Bənzər yazılar

Back to top button