Cəmiyyət
Karantin rejimini pozan neçə sürücü məsuliyyətə cəlb edilib?
![](https://aztoday.az/wp-content/uploads/2020/04/karantinpozmaq.jpg)
Son 20 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.
Bu barədə AzToday.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.