İqtisadiyyat
“Qara qızıl” bahalaşır: “Brent” neftinin qiyməti 36 dolları ötdü
![](https://aztoday.az/wp-content/uploads/2020/04/neft-6.jpg)
Londonun “ICE Futures” birjasında keçirilən növbəti hərrac zamanı “Brent” markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36 ABŞ dollarından yuxarı olmuşdu.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 4,3% artaraq 33,33 ABŞ dolları olub.