Dünya

Gördüm ki, görüşdə Trampı Putinlə tək qoymaq olmaz… – Boltonun kitabından

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin milli maraqlarını çox aydın təsəvvür etdiyinə görə onu amerikalı həmkarı Donald Tramp ilə tək buraxmaq olmazdı.

Qaynarinfo xəbər verir ki, Ağ Evin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton belə deyib.

Bu haqda məlumat çərşənbə axşamı satışa çıxarılmış “Bunların baş verdiyi otaq: Ağ Evin xatirələri” kitabında yer alıb.

“Putin hər şeyi tam başa düşməsi, sakit və özünəinamı ilə məni heyrətləndirdi”, – Bolton yazıb və əlavə edib ki, buna görə Trampı onunla tək buraxmaq istəməyib.

Xatırladaq ki, 2018-ci ilin yayında Finlandiya paytaxtında Putin və Trampın ilk əhatəli görüşü baş tutub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button