İdman

Zidan “Bavariya”nın ulduzu ilə şəxsən danışıb – GEDİR?

Zinəddin Zidan “Bavariya”nın müdafiəçisi David Alabanı “Real”a gətirmək istəyir.

Fanat.az xəbər verir ki, informasiyanı “Kicker” yayıb.

Mənbə Əlcəzair əsilli fransalı çalışdırıcının 28 yaşlı oyunçu ilə şəxsən danışıq apardığını açıqlayıb. Madrid klubunun illik 20 milyon avro əməkhaqqı istəməsi isə durumu xeyli gərginləşdirir. Belə ki, “Real” rəhbərliyi Zidanın təkidinə rəğmən, bu məbləğin gerçəkliklə uzlaşmadığını və Alabanın güzəşt etməli olduğunu düşünür.

Qeyd edək ki, David Alabanın xidmətində PSJ və “Çelsi” də maraqlıdır. Müqaviləsinin müddəti gələn ilin yayında bitəcək müdafiəçi “Bavariya”nın yeni anlaşma təklifi ilə razılaşmayıb.

Bənzər yazılar

Back to top button