Cəmiyyət
5 ay karantin olmaz: Hər şey nəticəyə görə mühakimə olunur – Professor
“5 ay karantin olmaz”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sərt karantin rejiminin yumşalmasından danışarkən deyib. Onun sözlərinə görə, karantin qaydaları birdəfəlik yumşaldılmalıdır:
“5 ay “evdə qal” karantini onu göstərdi ki, bunlar bu işi bacarmadılar. Hər şey nəticəyə görə mühakimə olunur. Hər yer bağlı, yeganə açıq məkan çimərliklərdir. Həftə sonu ictimai nəqliyyat işləmir. Kasıb o çimərliyə necə getsin? Bütün işləri belədir. Guya nəyisə bağlamaqla məsələ həll olunur? Metro da bağlıdır”.
Adil Qeybulla bildirib ki, hazırda Sumqayıta gedən qatarı bağlamaq istəyirlər:
“Bütün güc ictimai nəqliyyatın üzərinə düşəcək. İctimai nəqliyyat bu yükü necə çəkəcək. Bunu da düşünsünlər”.