Siyasət

Heç kim dövlətə, millətə meydan oxuya bilməz – Millət vəkili

“Heç kim dövlətə, millətə meydan oxuya bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə akademik Ramiz Mehdiyevin karantin şəraitində Azərbaycan qanunlarına qarşı çıxaraq nəvəsinə toy etməsi məsləsindən danışarkən deyib.

O bildirb ki, hamı hüququn aliliyinə tabe olmalıdır:

“Ərköyünlük üçün heç bir imkan yoxdur. Yüksək vəzifə tutan şəxslərin, yaxud da hansısa böyük həcmdə var-dövlətə malik olanların məsuliyyəti daha böyükdür. Onlar bütün vətəndaşların riayət etdiyi qanunlara, tövsiyələrə əməl etməli və dövlətə qarşı çıxmamalıdır. Hər bir vəzifəli çəxsin məsuliyyəti daha artıq olmalıdır. Və onlar bilməlidir ki, Azərbaycan dövlətinə və millətinə heç kəs meydan oxuya bilməz”.

Millət vəkili, Ramiz Mehdiyevin qohumunun cəzalandırılması məsələsinə də toxunub:

“Düşünürəm ki, bu, qanunvericiliyə görə təyin edilən cəzadır”.

Xatırladaq ki, bu gün Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə karantin qaydalarını pozaraq toy etdiyinə görə Abşeron Rayon Məhkəməsində 15 sutka həbs cəzası verilib.

Bənzər yazılar

Back to top button