Hadisə

“Sığorta Mamed” dünyasını dəyişdi

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) keçmiş sədri Məmməd Məmmədov (“Sığorta Mamed”) vəfat edib.

Bu barədə “Report”a şirkətin sədr müavini Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, keçmiş sədr bu gün, 80 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, M.Məmmədov “Azərsığorta”da 1993-2020-ci illərdə rəhbərlik edib. Prezident İlham Əliyevin bu il martın 13-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

Bənzər yazılar

Back to top button