Hadisə

Bakıda vəzifəli şəxs işdən çıxarıldı

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov vəzifəsindən azad edilib.

Məlumatın doğru olub-olmamasını dəqiqləşdirmək üçün O.Məmmədovla əlaqə saxladıq.

O, məlumatı təsdiq edib. Bildirib ki, öz istəyi ilə vəzifəsindən gedib.

Bənzər yazılar

Back to top button