Siyasət

“Sərhədsiz Reportyorlar” Elmar Hüseynovun ölümünün təkrar araşdırılmasına çağırıb

“Monitor” qəzetinin redaktoru Elmar Hüseynovun Bakıda qətlə yetirilməsinin 16-cı ildönümündə “Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) Azərbaycan hakimiyyətini işin istintaqını bərpa etməyə çağırır, çünki ilkin təhqiqat zamanı səhvlərə dair sübutlar və maneələr ortaya çıxıb. Bu barədə təşkilatın şənbə günü dərc etdiyi bəyanatda deyilir.

Öz araşdırmaları və hökumətin kəskin tənqidilə tanınan Elmar Hüseynov 2 mart 2005-ci ildə evinin astanasında güllələnib.

Onun ölümünün ildönümündə, mütəşəkkil cinayətkarlığın və korrupsiyanın araşdırılması üzrə layihə (OCCRP) onun qətlinin təhqiqatı zamanı polis və istintaq tərəfindən müxtəlif maneə formalarının və səhvlərin olmasına dair yeni sübutlarla hesabat dərc edib.

Bəzi sübutlar polis gələnə qədər saxtalaşdırılıb, cinayət yerində sübutların toplanması tapşırılmış polislər isə normalara riayət etməyiblər.

Teymuraz Əliyev istintaqın versiyasına görə, cinayət məsuliyyətinə cəlb edilməli olan şübhəli şəxslərdən biridir və açıq şəkildə qonşu Gürcüstanda yaşayır. Açıq məlumatlara görə, 2008-ci ilin may-iyun aylarında Tbilisidə mənzil alıb.

İkinci şübhəli şəxs də Gürcüstanda yaşayır, üçüncü şübhəli isə 2006-cı ilin iyulunda həbs edilib və öz əlbirlərinə telefon vermək ittihamı iki il müddətinə azadlıqdan məhrum edilib.

“Yeni informasiya baxımından biz Elmar Hüseynovun qətlinin araşdırılmasının bərpasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq”, – “Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin rəhbəri Janna Kavelye bildirib.

“Yeni informasiya təqsirkarların nadir hallarda məsuliyyətə cəlb olunduğu Azərbaycanda jurnalistlərə hücumların araşdırılmasında problemlərin olduğunu təsdiqləyir. Biz hakimiyyətin jurnalistlərin öldürülməsinin lazımi qaydada araşdırılmasından imtinası ilə təşviq etdiyi cəzasızlıq atmosferini pisləyirik”, – o qeyd edib.

Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri təqib edir və tənqidçi KİV-ləri susdurmaq üçün tərəddüd etmədən saxta ittihamlar irəli sürür. Belə ki, “Xeberman” və “Press Az” xəbər saytlarının redaktoru Polad Aslanov 16 il həbsxanada qalmalıdır. Çünki ötən ay məhkəmə onun dövlətə xəyanət və İranın xeyrinə casusluq ittihamı ilə bağlı apellyasiya şikayətini rədd edib.

Azərbaycanda mühüm kütləvi informasiya vasitələrinin əksəriyyətini susmağa məcbur ediblər və ya xaricə köçməyə məcbur olublar, əsas müstəqil veb-saytlar bloklanıb və ən azı üç jurnalist hazırda həbsxanadadır. Onların sırasında 2013-cü ildən həbsdə olan Araz Quliyev və 2017-ci ildən həbsdə olan Elçin İsmayıllı da var.

Azərbaycan RSF-nin 2020-ci il üçün dünya mətbuat azadlığı reytinqində 180 ölkə arasında 168-ci yeri tutur.

Turan.az

Bənzər yazılar

Back to top button