Hadisə
YAP-dan Hüseynbala Mirələmovun videosu ilə bağlı açıqlama
![](https://aztoday.az/wp-content/uploads/2020/02/1581593798_huseynbala_1.jpg)
Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
AzToday.az-ın məlumatına görə, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:
“Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş bir millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.
Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır.”(Unikal.org)