Gündəm

Dünyada ən çox satılan avtomobillər – SİYAHI

Britaniyanın “Park Indigo” firması dünyada ən məşhur avtomobillərin siyahısını hazırlayıb.

AzToday.az-ın Qafqazinfo-ya istinadən xəbər verir ki, ilk yeri dünyanın 25 ölkəsində satışlarda lider olan “Toyota Hilux” avtomobili tutur. İkinci pillədə Avropada xüsusi tələbata malik olan “Volkswagen Golf” gəlir. İlk üçlüyü Afrikada və Yaxın Şərqdə daha çox sevilən “Toyota Land Cruiser” qapayır.

“Ford F-150” Şimali Amerikada əvəzedilməz lider olaraq qalır.

Araşdırmaya görə, Rusiyada ən çox satılan modeli “Hyundai Solaris”dir.

Azərbaycanda isə LADA NİVA 4×4 bütün rəqiblərini geridə qoyub.

Bənzər yazılar

Back to top button