Gündəm

Hökumətdən kərə yağının artan qiymətinə müdaxilə – Rüsum 3 dəfə azaldıldı

Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.

Qərar rəsmi mətbuatda dərc olunub.

Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişikliklər iqtisadiyyat, vergi, maliyə nazirliklərinin və Dövlət gömrük komitəsinin razılaşdırılmış təklifi əsasında edilib. /”Marja”

Bənzər yazılar

Back to top button