Siyasət

Azərbaycan və Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləyəcək

Azərbaycan-Avropa İttifaqı Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsinin yenilənməsi barədə razılıq əldə olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“BƏƏ-də Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi, enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr apardıq. Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləməyi razılaşdırdıq”, deyə, nazir qeyd edib.

* Azərbaycan və Avropa İttifaqı iyulun 18-də yaxın beş il üçün Energetika sahəsində strateji tərəfdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumu imzalayıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen imzalayıblar. (Turan)

Bənzər yazılar

Back to top button