Hadisə

Salyanda nüfuz savaşı – Xanım deputat icra başçısını küncə sıxışdırıb…

Salyanda Sevindik Hətəmova qarşı qrupıaşma yaradılıb və bu qruplaşmaya deputat Jalə Əhmədova başçılıq edir. Bu barədə pia.az-a Salyandan daxil olan məlumatda bildirilir ki, Salyan rayonunda nufuz savaşı bir müddətdir ki, davam edir və artıq Salyanda tədricən Jalə Əhmədovanın nüfuz dairəsi genişlənir.

Buna sübut olaraq Təhsil nazirliyinin 13 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərinin, yəni regional təhsil idarəsinin direktoru Raqub Məhərrəmovun vəzifədən alınması göstərilir. Qeyd edilir ki, Raqub Məhərrəmov məhz Jalə Əhmədovanın xahişini yerə saldığı üçün vəzifədən alınıb. Sevindik Hətəmov isə öz kadrının vəzifədən alınmasının qarşısını almağa cəhd eləsə də, buna nail ola bilməyib.

Daxilin olan məlumatda vurğulanır ki, Raqub Məhərrəmov heç də “süddən çıxmış ağ qaşıq” deyilmiş, digər yerli məmurlar kimi o, da korrupsiya ilə mütamadi məşğul olurmuş. Raqub Məhərrəmov işdə yo verdiyi nöqsana və korrupsiya şübhəsi ilə vəzifədən alınsa da, onun işdən atılmasının əsl səbəbinin məhz Jalə Əhmədovanın xahişini yerə salması və icra başçısı Sevindik Hətəmova sadiq olması qeyd olunur.

Qeyd edək ki, bu barədə sosial şəbəklərdə də məlumatlar yayılıb.

Xatıqladaq ki, Jalə Əhmədova daha əvvəl də Salyanın kadr məsələlərinə müdaxilə edib. Bundan əvvəl xanım deputat Salyan Mərkəzi Xəstəxanasına öz adamını baş həkim təyin etməyə cəhd eləsə də, buna nail ola bilməmişdi. Həmin vaxt deputat bu məsələni ictimailəşdirmişdi. Jalə Əhmədova sosial şəbəkədə Salyan doğum evinin rəhbərliyini açıq şəkildə rüşvətxorluqda ittiham etmişdi. Əlbəttə ki, depuatatın bu açıqlaması həqiqətlərə dayanırdı, lakin hakimiyyətə yaxın olan bir deputatın vəzifəli şəxslərə qarşı rüşvət ittihamı ilə çıxış etməsi müəyyən suallar da doğurmuşdu və deputatın bu addımı qalmaqal kimi diqqəti cəlb etmişdi.

Məsələ ilə bağlı PİA.az-a danışan Salyan sakinlərindən biri bildirib ki, son zamanlar Salyanda müəyyən qruplar tərəfindən Jalə Əhmədovanın popülist şəkildə təbliğatı aparılır. Ola bilsin ki, bir müddət əvvəl güçlü qohumluq əlaqələri ilə deputat olmağa nail olan Jalə Əhmədova indi də Salyana başçı olmağa iddialıdır.

Qeyd edək ki, Jalə Əhmədova ləğv olunan Dövlət Mühafizə Xidmətinin sabiq rəisi general-polkovnik Vaqif Axundovun qohumudur. Əslən salyanlı olan Vaqif Axundov hakimiyyət qollarında geniş və sağlam əlaqlərə sahib olduğu kimi, Salyanda da böyük nüfuz sahibidir.

Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq…

Bənzər yazılar

Back to top button