Hadisə

Nazir Soylu yenə “Lotu Quli” və digər mafiya başçılarından danışdı – VİDEO

Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Lotu Quli” ləqəbli Nadir Səlifov və digər mafiya başçıları haqqında danışıb.

Yeniavaz.com xəbər verir ki, Soylu “Haber Türk”ə müsahibəsi zamanı Türkiyədə saxlanılan mafiya liderlərindən danışıb. O, əlindəki siyahını göstərərək 2018 və 2019-cu illərdə Türkiyədə həbs edilən beynəlxalq mütəşəkkil cinayət şəbəkəsinin liderləri barədə məlumat verib:

“Serbiyalı Yuvan Vuqotic, Balkan dövlətlərinin ən böyük cinayətkarıdır. Antaliyada tutduq, müvafiq ölkənin rəsmiləri təhvil götürməyə gəldi. Nazir müavinini bu şəxslə birlikdə polisə aid təyyarə ilə göndərməli olduq. Nazir müavini tanımasın deyə başına torba keçirmək məcburiyyətində qaldılar. Digəri azərbaycanlı Nadir Səlifovdur. Türkiyədə iqamətgah qurmaq istəyirdi. Dünyanın ən önəmli 12 mayfasından biri idi. Bu şəxsi saxladıq, məhkəməyə apardıq. Xaricə göndərilməməsi barədə iki saat ərzində məhkəmə qərar qəbul etdi. Sonra onu Azərbaycana göndərdim. Anası burada yaşayırdı, ona görə Türkiyəyə gəlmək istəyinə görə onu izləyirdik. O, yunan pasportu ilə Kiprə və oradan Türkiyəyə girdi və burada öldürüldü”.

Süleyman Soylu gürcüstanlı mafiya lideri Mindia Qoradze haqqında da danışıb. Onu deportasiya etmək istədiklərini ancaq ölkələrinin qəbul etmədiyini vurğulayıb:

“Burada başımın bəlası gürcü Mindia var. Gürcüstan bunu istəmədi, əlimizdə qaldı. Həbsə atırıq, vəkilləri şikayət edib çıxarırlar. Deportasiya şöbəsinə göndərdik. Heç kəs onu qəbul etmədi, axırda məcbur olub Belarusa göndərdik”.

Bənzər yazılar

Back to top button