Hadisə

İlqar Məmmədov və Tofiq Yaqublunun səhhətlərində yaranan problemlər davam edir

İsmayıllı hadisələrinə görə həbs edilən tanınmş siyasətçilər Tofiq Yaqublu və İlqar Məmmədovun səhhətlərində ciddi problem yaranıb.

AzToday.az xəbər verir ki, buna səbəb asma xəstəliyindən əziyyət çəkən başqan müavininin uzun müddətli həbsdə qalmasıdır. 13 saylı Cəzaçəkmə Müəssisəsi belə xəstələrin həyatı üçün təhlükəlidir. Həmin müəssisə daş karxanaların əhatəsində yerləşdiyindən daim toz əhatəsində olur. Bu isə, asma xəstəliyinin ağırlaşmasında əsas rol oynayır.

Tofiq Yaqublunun qızı Nigar Yaqublu açıqlamasında deyib ki, noyabrın 16-da müəssisəyə getsə də, görüşə buraxılmayıb: “Bu gün atamla görüşə getmişdik. İcazə verilmədi. Sadəcə dedikləri dərmanları almışdım. Onları verdim. Səhhətinin nə yerdə olması ilə bağlı heç bir məlumatım hazırda yoxdur. Çox narahatam. Özü zəng etməsə, gələn həftənin bazar gününə qədər məlumatsız qalacağıq. Çünki növbəti görüş üzümüzə gələn bazardır”.

Tofiq Yaqublu ilə bərabər İsmayıllı hadisələrinə görə həbs edilən REAL hərəkatının sədri İlqar Məmmədovun da səhhəti ağırlaşıb. Bu barədə onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: “Bir həftəyə yaxın müddətdir ki, İlqar bərk soyuqlayıb. Neçə gündür qızdırması düşmür. Dünən dərmanlar göndərdik. Bununla ikinci dəfədir ki, iynə, dərmanlar göndəririk. Amma səhhəti yaxşılaşmır. Sonuncu dəfə mənimlə iki gün öncə 5 dəqiqə halsız vəziyyətdə danışıb. Ondan sonra xəbərimiz yoxdur. Yəqin ki, vəziyyəti yaxşı olmadığına görə, zəng edə bilmir. Saxlanma şəraiti normaldır. Şikayətimiz yoxdur. Şəkidən Bakıya gətirildikdən sonra Şüvəlanda saxlanıldığı müddətdə İlqarın halı bir neçə gün pis oldu. Həm saxlanma şəraiti, həm də yemək baxımından. Ondan sonra zəiflədi və nəticədə xəstələndi”.

Bununla bağlı İnsan Haqları üzrə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlının fikirlərini aldıq. Hüquq müdafiəçisi bildirib ki, xəstə məhbusların taleyi bizi də çox narahat edir. Biz çalışırıq ki, ilk növbədə xəstə məhbusların məsələsini qaldıraq. Amma səmimi olaraq deyirəm ki, xəstə və bütün siyasi məhbusların məsələsi qaldırılıb.

“Söz Haqqı” Demokratiya Mərkəzinin sədri İlham Həsənov İlqar Məmmədov və Tofiq Yaqublunun səhhətində yaranan problemlərinin xüsusi narahatlıq doğurduğunu bidlirdi. Onun sözlərinə, hakimiyyət hər iki məhbusun müalicəsi üçün tədbirlər görməlidir:

“Həm İlqar Məmmədov, həm də İlqar Məmmədov siyasi səbəblərdən həbs edilib. Hər ikisinin səhhəti həbsdə pisləşob. Ona görə, hakimiyyət onların müalicsi üçün lazım olan bütün tədbirləri görməlidir. Əks təqdirdə bütün məsuliyyət haimiyyətin üzərində qalacaq.

Rövşən Hüseynov

Bənzər yazılar

Back to top button