Dünya

Ərdoğandan İsrailə xəbərdarlıq: “Onlar bizi tanımırlar”

“Türkiyə və türklərə qarşı belə bir addım atmağa cəsarət etsələr, qarşılığını elə verəcəyik ki, bir daha ayağa qalxa bilməyəcəklər”.

Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, bunu İsrailin Fələstindən kənarda, o cümlədən Türkiyədə HƏMAS üzvlərinə qarşı sui-qəsd planları ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Onlar bizi tanımırlar. Əgər belə bir səhvə yol versələr, bunun əvəzini çox ağır ödəyəcəklərini bilməlidirlər.

Türkiyəyə və türklərə qarşı belə bir addım atmağa cəsarət etsələr, qarşılığını elə verəcəyik ki, bir daha ayağa qalxa bilməyəcəklər. Dünyada Türkiyənin həm kəşfiyyat, həm də təhlükəsizlik sahəsində qət etdiyi irəliləyişləri bilməyən yoxdur. Üstəlik, biz dünən qurulmuş dövlət deyilik. Bunu da heç kim unutmamalıdır”, – Ərdoğan bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button