Dünya

Kubanın ABŞ-dakı səfirliyinə silahlı hücum oldu

Kubanın ABŞ-dakı səfirliyinə silahlı hücum olub.

Qaynarinfo xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 2 radələrində baş verib. Vaşinqton Post hücum edən şəxsin saxlanıldığını yazsa da, onun kimliyi açıqlanmayıb.

Faktla bağlı istintaq aparılır.

Məsələyə münasibət bildirən Kubanın xarici işlər naziri Miquel Diaz-Kanel hücumu pisləyib. Bildirib ki, ölkələr torpaqlarında olan diplomatik nümayəndəlikləri qorumalıdırlar.

Bənzər yazılar

Back to top button