Hadisə

Bakıda güclü yanğın başladı – VIDEO

Bakıda güclü yanğın başlayıb.

Yeniavaz.com xəbər verir ki, hadisənin kadrları sosial şəbəkələrdə paylaşılıb. Yanğının Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığındakı istehsal müəssisələrindən birində baş verdiyi bildirilir.

Qeyd olunur ki, əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bənzər yazılar

Back to top button