Dünya

Gürcüstan Ukrayna ilə münasibətlər məsələsində qərarını açıqladı

Gürcüstan Mixeil Saakaşvilinin İslahatlar üzrə İcra Komitəsinin rəhbəri təyin olunmasına görə Ukrayna ilə diplomatik münasibətləri kəsməyəcək.

Qaynarinfo xəbər verir ki, bu haqda baş nazir Georgi Qaxariya yerli mətbuata açıqlamasında deyib.

“Biz səfirimizi yalnız münasibətlərimizi avantüristlərdən necə qorumalı olduğumuz mövzusunda məsləhətləşmələr aparmaq üçün geri çağırdıq”, – nazir deyib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, Saakaşvili Odessa vilayətinin administrasiyasına rəhbərlik etdikdən sonra “münasibətləri normal, strateji tərəfdaşlıq çərçivəsinə qaytarmaq” üçün çox səy göstərilməli idi.

Xatırladaq ki, mayın 7-də prezident Vladimir Zelenski Mixeil Saakaşvilini İslahat Komitəsinin sədri təyin edib. Əvvəllər onun Ukrayna hökumətinin vitse-baş naziri ola biləcəyi güman edilirdi. Vətənin Gürcüstanda Saakaşvili müxtəlif cinayətlərə görə üç və altı il həbs cəzasına məhkum edilib. Həmçinin, onun barəsində daha bir neçə cinayət işi araşdırılır. Kiyev dəfələrlə Tbilisinin eks-prezidentini təhvil verməkdən imtina edib.

Bənzər yazılar

Back to top button