GündəmSiyasət

Sülh səyləri həm Ermənistanın, həm də Azərbaycanın maraqlarını nəzərə almalıdır – RF XİN

Moskva Rusiyanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səyləri ilə ziddiyyət təşkil etməyən, onları təkrarlamayan və pozmayan istənilən təşəbbüsü alqışlayır. Bu barədə çərşənbə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Makronun son bəyanatlarını şərh edərkən bildirib.

“Bu istiqamətdə Fransanın fəallığı yaxşı məlumdur. Bu vasitəçilik səyləri çərçivəsində hər iki münaqişə tərəfinin – həm Ermənistanın, həm də Azərbaycanın maraqları nəzərə alınmalıdır. Bunsuz artıq kifayət qədər gərgin olan vəziyyətdə hər hansı irəliləyişə ümid etməyə dəyməz”, deyə Zaxarova bildirib.

Bir müddət əvvəl prezident Makron Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni diplomatik təşəbbüs irəli sürəcəyini bəyan etmişdi.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button