Dünya

ABŞ İranda bir neçə hüquq müdafiəçisinin saxlanılmasını pisləyir

ABŞ oktyabrın 19-da 16 yaşlı Armita Geravandın dəfn mərasimi zamanı İran hakimiyyətinin amansız təqibini və bir neçə hüquq müdafiəçisinin haqsız olaraq saxlanılmasını pisləyir.

O, hicab taxmadığına görə Tehranda metroda hücuma məruz qaldıqdan sonra ölüb, çərşənbə axşamı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Armita Geravandın dəfn mərasimində həbs olunanları arasında tanınmış hüquq müdafiəçisi Nəsrin Sotude və bir neçə digər dinc fəal var.

“Birləşmiş Ştatlar xanım Sotudenin və nahaq yerə saxlanılan digər şəxslərin dərhal və qeyd-şərtsiz həbsdən azad edilməsinə çağırır. Biz İran rejiminin öz xalqı ilə amansız rəftarını, o cümlədən qadınlara qarşı zorakılığını qətiyyətlə pisləyirik”,- Miller deyib

Onun sözlərinə görə, ABŞ İran xalqını dəstəkləməyə, ölkə daxilində və xaricdə insan hüquqlarının pozulmasına görə rejimi məsuliyyətə cəlb etməkdən ötrü beynəlxalq birliklə işləməyə “davam edəcək”.(Turan)

Bənzər yazılar

Back to top button