GündəmManşetSiyasət

Blinken, Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilib

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan ilə üçtərəfli formatda danışıqlar aparıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays telefon danışığının məzmununu belə şərh edib: “ Blinken Ermənistan və Azərbaycanın davamlı sülh razılaşmasına nail olmaq üçün atdığı addımları təqdir etdiyini bildirib”.

“Həftə ərzində həddən artıq zorakılıq qeyd edilib – erməni hərbçilərinin və azərbaycanlı mülki şəxslərin mina partlayışları zamanı həlak olması qeyd edilib.

Bu fonda Blinken oktyabrın 2-də nazirlərin görüşünü sülh prosesi və hərbi əsirlərin azad edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

Bu, Ermənistan və Azərbaycana problemlərin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi bir daha təsdiqləyir və diplomatiyanın irəliyə doğru yeganə yol olduğunu vurğulayır”, – Prays bildirib.(Turan)

Bənzər yazılar

Back to top button