İdman

Ronaldo Raulu geridə qoydu

“Real”ın superulduzu Kristiano Ronaldo yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu “Kral Klubu”nda məhsuldar ötürmə sayında son 25 ilin ən yüksək göstəricisinə imza atıb.

Bu haqda La Liqanın rəsmi saytı məlumat yayıb. 11-ci turda “Real”ın “Las Palmas”ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə Ronaldo qolla nəticələnən 84-cü ötürməsini verib. Bu göstəricidə 32 yaşlı forvard “Real Madrid”in əfsanəsi Raul Qonsalesi geridə qoyub. Artıq karyerasını başa vurmuş Raul 83 məhsuldar ötürmə müəllifi olub.

Ronaldo bu mövsüm İspaniya çempionatında cəmi bir qol vurub.

Bənzər yazılar

Back to top button