Dünya

Tokayevin Lukaşenkoya dedikləri liderlərin gülüşünə səbəb oldu – Video

Xəbər verdiyimiz kimi, bu gün Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası baş tutub.

Yeniavaz.com xəbər verir ki, iclasda Qazaxıstan və Belarus Prezidentlərinin dialoqu marağa səbəb olub.
Belarus prezidenti soruşub ki, niyə Qazaxıstan prezidenti MDB-nin icraçı katibinin adının dəyişdirilərək MDB-nin baş katibi olacağını hamıya bildirmir?

“Aleksandr Qriqoryeviç (Lukaşenko – red.), indi sizin sevimli məşğuliyyətiniz budur – sədri tənqid etmək?”, – Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev təbəssümlə soruşub.
Amma Tokayev daha sonra sammitdə qəbul edilən qərarı hamıya açıqlayıb.

“Bunu istəyirdiniz?”, – Tokayev Lukaşenkodan soruşub.

Bənzər yazılar

Back to top button