Dünya

“Hər kəs Ərdoğanın qorxunc insan olduğunu deyir” – Trampın səs yazısı yayıldı

Keçmiş ABŞ prezidenti Donald Trampın 2020-ci ilin yanvarında qeydə alınan səs yazısı üzə çıxıb.

Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, ABŞ mediası tərəfindən ortaya çıxarılan səs yazılarında və açıqlamalarında onun hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibəti ön plana çıxıb.

“Mən Ərdoğanla yaxşı anlaşıram . Bu, əslində belə olmamalıdır, çünki hamı onun qorxunc insan olduğunu deyir”, – deyə Tramp səs yazısında bildirir.

Keçmiş ABŞ prezidenti müsahibələrində Kim, Putin və Ərdoğanı bəyəndiyini, həmçinin onlarla eyni otaqda olarkən “ən ağıllı olduğunu” da qeyd edib.

“Gülməli deyilmi, münasibətlərimdə nə qədər çətinlik çəksəm və pis insanlarla qarşılaşsam da, onlarla daha yaxşı anlaşıram. Amma bəlkə də bu pis bir şey deyil. Mən asan olanı o qədər də sevmirəm”, – deyə Tramp bildirib.

Bənzər yazılar

Back to top button