İdman

Neymar açıqladı: “Geri dönəcəm”

PSJ-nin futbolçusu Neymar gələcəyi ilə bağlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, dünyanın ən bahalı futbolçusu hesab edilən braziyalı bir gün “Santos”a dönəcəyini bldirib.

“FOX Sports”a danışan Neymar “Santos”a olan sevgim sözlə ifadə oluna bilməz. Braziliyaya qayıdanda mütləq “Santos”un formasını geyinəcək. bir gün mütləq dönəcəm” deyib.

Qeyd edək ki, “Santos” yetirməsi olan Neymarı 2013-cü ildə 88,2 milyon avroya “Barselona”ya satıb. PSJ isə 2017-ci ildə onu 222 milyon avroya alıb.

Bənzər yazılar

Back to top button