Hadisə

Bakıda əfqan şagird döyülərək xəstəxanalıq oldu

Pirallahıda əfqan şagird sinif yoldaşının valideyni tərəfindən döyülüb…

Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

“Report”un məlumatına görə, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

Back to top button