Mədəniyyət

Türk dövlətləri vahid əlifbanın yaradılmasını müzakirə edirlər

Türk dövlətlərinin dil birliyi və ortaq əlifbaya keçid prosesini sürətləndirmək məqsədilə vahid əlifbanın yaradılması üzrə komissiya yaradılıb.

“Anadolu” bildirib ki, vahid əlifbanın yaradılması üzrə komissiyanın yaradılması barədə qərar Türkiyənin Bursa şəhərində keçirilən və Dil Gününün 90 illiyinə həsr olunan “Türk dünyasının ortaq əlifbası seminarı”nda baxılmaq üçün Türk Dövlətləri Təşkilatına təqdim edilib.

Seminara Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin sədrliyilə keçirilib.

Seminarda türk dövlətlərindən olan alimlər öz ölkələrində baş verən əlifba və tarixi dil prosesləri haqqında məlumat veriblər, vahid əlifbaya keçid prosesinin sürətləndirilməsinin və oun türk dövlətləri arasında yayılmasının vacibliyini qeyd ediblər. Seminar çərçivəsində Türk Dövlətləri Təşkilatı yanında “Vahid əlifbanın yaradılması üzrə komissiya”nın formalaşması qərara alınıb.

Komissiyaya türk dövlətlərində dil siyasətilə məşğul olan hər rəsmi strukturdan iki üzv daxil olacaq.

Komissiya vahid əlifba haqda məruzəni Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına təqdim etməlidir.

Vahid əlifbanın yaradılması üzrə komissiyanın ilk iclası Qırğızıstanda keçiriləcək.

Seminarda Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor, doktor Məhəmməd Həkimoğlu və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Azərbaycandan üzvü Həsən Həsənov iştirak ediblər.

Bənzər yazılar

Back to top button