Hadisə

Bəzi məhkəmələr humanistləşdirilmə ilə bağlı prezidentin sərəncamını icra edirlər, bəziləri yox

2017-ci il fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Lakin prezidentin sərəncamı seçiçi olaraq tətbiq edilir ki, bu da iş adamı Əfqan Zeynalovun öz işçisi Nelli Fabriçnayaya qarşı qaldırdığı iddiadan məlum olur. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu proseslə bağlı sonuncu məqalə Turan-da “Şahidlər “Murov” şirkətində pul oğurluğunu təsdiqləmirlər” başlığı ilə dərc olunub.

Məhkəmə tərəflərə məhkəmə icraatına təsir etmək üçün müxtəlif imkanlar verib

“Murov” şirkətinin sahibi, əvvəllər dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuş Əfqan Zeynalovun iddiasına baxılır. O, öz şirkətinin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayanı 720 min manatı mənimsəməkdə ittiham edir. Zeynalovun sözlərinə görə, həmin pulu zibillikdən tapıb və guya Nelli Fabriçnayanın atasının mənzilində seyfdə saxlayıb. Fabriçnaya Azərbaycan Cinayət Məcəlləsinin 179.4-cü maddəsilə ittiham olunur.

Nelly bu ittihamı rədd edir. Cinayət işinin cildləri ittiham tərəfinin şübhəli iddiaları ilə doludur. Təqsirləndirilən N.Fabriçnaya azadlıqda olub məhkəmədə iştirak edə bilərdi. Lakin ittiham tərəfi onun Kürdəxanıda təcridxanaya yerləşdirilməsinə müvəffəq oldu və gənc qadın ilk dəfə özünü dəmir barmaqlıqlar arxasına düşüb. Qohumları isə Bakıdan ona yemək bağlamalarını gətirməyə məhkum olublar.

Fabriçnaya təcridxanaya Zeynalovun tələbilə salınıb ki, istintaqa təsir göstərməsin, – ittiham tərəfinin vəkili İradə Cavadova deyib. Eyni zamanda, istintaq altında olan şəxsin atası Turan-a bildirib ki, oktyabrın 20-də keçirilən son məhkəmə iclasından sonra Zeynalov küçədə prosesin hakimi və prokuror ilə söhbət edib. Ola bilsin ki, bu halda “məhkəyə təsir” baş verməyib və adamlar havanı müzakirə ediblər. Amma bəllidir ki, məhkəmə prosesinin iki tərəfi qeyri-bərabər şəraitdə yer alıb və özünü təqsirli hesab etməyən qadının 2022-ci il 19 sentyabr tarixindən kamerada olması prezidentin humanistlik haqda fərmanına ziddir.

Bakı Ağır Cinayətlər Məhkəməsindən fərqli olaraq, 2021-ci il sentyabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi humanist davranaraq Fabriçnayanın kamerada saxlanması tələbilə bağlı iddianı rədd edərək onun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi isə daha humanist davranaraq, 2022-ci il martın 31-də Fabriçnayanın ev dustaqlığını ləğv edərək, onu polis nəzarətinə keçirib.

İyunun 18-də müstəntiq Yusif Mehdizadə ibtidai istintaqın başa çatmasına əsaslanaraq protokol tərtib edib, yazıb ki, müdafiəçi Qəzənfər Rzayev iki gün ərzində on cildlik cinayət işilə tanış olub. Vəkil Rzayev müstəntiqə etiraz edərək, yazılı şəkildə bildirib ki, ona çoxsaylı vəsatətlər təqdim olunub və qanuna görə, istintaq vəkilin işlə tanış olmasını məhdudlaşdıra bilməz.

Lakin 28 iyun 2022-ci il tarixində Fabriçnaya qanunsuz olaraq həbs edilib, vəkil hesab edir. Amma iyunun 30-da Bakının Nəsimi Rayon Məhkəməsi Fabriçnayanın barəsində həbs-qətimkan tədbirinin seçilməsilə bağlı müstəntiqin qərarını ləğv edib.

O zaman Nəsimi Rayon Prokurorluğu müstəntiqin müdafiəsinə qalxıb. Bakı Apellyasiya Məhkəməsi Nəsimi prokurorluğunun rəyini qəbul etməyib. Apellyasiya Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini, milli və beynəlxalq hüquq normalarını xatırladıb və qadının istintaq təcridxanasında saxlanması üçün heç bir əsasın olmadığını qərara alıb. Məhkəmə, onun kameraya salınması üçün əsas olmadığını göstərib.

Bununla belə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmiş formal səbəblərdən və Əfqan Zeynalovun istəyilə Nelli həbsdə saxlanılır. Qadına yemək gətirmək üçün Kürdəxanıya gəlməli olan ailəsi də onunla birlikdə faktiki olaraq və nahaq yerə cəza çəkir.

Şahid qeyri-adi xeyriyyənin səbəbini bilmir

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edib. Turan-ın müxbiri prosesi müşahidə edib. Hakim evdar qadın Sevinc Xəlilabadinin ifadəsini dinləyib. O, “Murov” şirkətində təmizlikçi çalışan Mehriban Atakişiyevanın maddi rifahının qəfildən yaxşılaşdığını bildirib.

Xəlilabadinin sözlərinə görə, Atakişiyeva çox kasıb yaşayıb, borc içində olub, xəstə oğlunun müalicə haqqını ödəyə bilməyib. Amma birdən göz görə-görə dəyişməyə başlayıb. Xəlilabadinin dediyinə görə, təmizlikçi Nellinin ona verdiyi 50 min manatla evdə təmir edib, lombarddakı borcunu bağlayıb, oğluna maşın alıb, iki dəfə Quba və Nabrana istirahətə gedib.

Bir müddət sonra, gözlənilmədən görüşlərin birində şirkət rəhbəri Zeynalov Atakişiyevadan aldığı pulu Nelliyə qaytarmasını tələb edib, şahid məhkəmədə bildirib.

O, Atakişiyevanın 400 min dollar borc faktını notariusda rəsmiləşdirməyə hazır olması ilə bağlı Əfqan Zeynalovun məhkəmə zalında yerindən verdiyi bəyanatı həqiqətəuyğun olmadığı üçün qəti şəkildə rədd edib. Zeynalov ona etiraz etmək üçün bir şey tapmayıb.

Şahid həmçinin bildirib ki, istintaq zamanı ona şirkət əməkdaşları ilə söhbətinin audioyazısı təqdim olunanda təəccüblənib. Söhbət zamanı guya mübahisəli pullar barədə bildirib. Xəlilabadi audioyazıya razılıq verməyib və onun söhbətinin nə vaxt və necə yazıldığını bilmir.

Cümə axşamı məhkəmə bununla başa çatıb.

Məhkəmədənkənar suallar

Turan-ın sualları var və növbəti məhkəmə iclaslarında onlara cavab veriləcəyinə ümid edirik. Niyə bu qədər böyük məbləğ (Zeynalovun dediyinə görə, 720 min manat) “Murov” şirkətinə aidiyyatı olmayan şəxsin – Vyaçeslav Fabriçnının evində quraşdırılmış şəxsi seyfdə saxlanılır?

Zibillikdən tapılan 720 min manat olduğu halda, Fabriçnının mənzilində qeydiyyata düşmək Zeynalovun nəyinə lazım olub? O bu məbləğə Bakıda ikimərtəbəli villa ala bilərdi, kirayədə yaşamazdı.

Niyə Nelli Fabriçnaya təmizlikçi Atakişiyevanın rahatlığına 50 min manat xərcləyib?

Azərbaycan Respublikası Mülki Məcəllənin 186.1-ci maddəsinə görə, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. İstintaq materiallarından görünmür ki, Zeynalov tapdığı 720 min manatı polisə verib. Məhkəmə bu faktı necə qiymətləndirir? Bundan hansı hüquqi nəticələr çıxır?

Proses davam edir…

Bənzər yazılar

Back to top button