İdman

Rusiyalı məşqçinin “Qarabağ”da təcrübə keçmək istəyinə – Qurbanovun reaksiyası

Rusiya Premyer Liqa təmsilçisi Moskva “Torpedo”sunun baş məşqçisi Andrey Talalayev “Qarabağ”da təcrübə keçmək istəyir.

Qol.az xəbər verir ki, Q.Qurbanov rusiyalı mütəxəssisin onun yanında təcrübəyə keçmək istəməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

O, dünən “Turan Tovuz”a qarşı keçirilən Misli Premyer Liqasının 11-ci turunun oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında bununla bağlı suala cavab olaraq deyib: “Ona təşəkkür edirəm. Nisbətən kiçik klublarda təcrübə keçmək istəyir. Nə vaxt gəlmək istəsə, problem yoxdur. Klubun işi, məşqçilərin fəaliyyəti ilə maraqlanması xoşdur. Bu, bizim məsuliyyətimizi artırır”.

Q.Qurbanov Rusiyanın “Matç TV” kanalının sosial şəbəkə hesabında keçirilən sorğuya da münasibət bildirib. Həmin sorğuda Q.Qurbanov Rusiyada oynamış ən yaxşı azərbaycanlı oyunçu seçilib.

“Ramil Şeydayev göndərmişdi ki, səsvermədə onu udmuşam. Nazim Süleymanovla mübarizəmiz gedirdi. Ola bilər ki, adım Rusiyada daha çox hallanır. Yəqin ona görə mənə maraq daha çoxdu. Vəli Qasımov, Nazim Slüeymanov Rusiyada böyük iz qoyublar. Mənim üçün maraqlı oldu. Kim səs veribsə, təşəkkür edirəm hamısına”.

Bənzər yazılar

Back to top button