GündəmHadisəManşet

İş adamını borcda “boğan” deputat – Mahir Abbaszadə 500 min manat rüşvət alıb

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin heç vaxt tikinti işi ilə məşğul olmayan bir iş adamından 500 min manat rüşvət aldığı iddia edilir.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

“Millət vəkili iş adamını inandırıb ki, “Qaçqınkom”un Sumqayıtda yerləşən binalarını tiksə, çoxlu pul qazanacaq. Bunun üçün öncə həmin iş adamından “şirinlik” kimi 500 min manat alıb, daha sonra onu tenderin qalibi edib.

M.Abbaszadə bir müddət sonra tikinti gedən əraziyə yoxlama göndərib, işin düzgün aparılmadığını bildirib və tikintini davam etdirmək üçün işi alıb başqasına verib”, – yayılan məlumatda iddia edilib.

İddiada o da qeyd edilib ki, həmin iş adamı boğazına qədər borcun içindədir, həbs oluna bilər.

Yayılmış iddialarla bağlı millət vəkili Mahir Abbaszadənin münasibətini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verməyib.

Bənzər yazılar

Back to top button