Siyasət

Azərbaycanın baş naziri MDB-nin hökumət başçılarının iclasında iştirak edəcək

Oktyabrın 27-də Azərbaycanın baş naziri Əli Əsədov Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Astanaya gedib.

Şuranın iclası oktyabrın 28-də olacaq. Qazaxıstan KİV bildirib ki, əvvəlcə görüş məhdud, sonra isə geniş tərkibdə keçiriləcək.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumət başçıları ilə görüşəcək.

İclasın mövzusu Müstəqil Dövlətlər Birliyi çərçivəsində iqtisadi inteqrasiya məsələləridir.

Bənzər yazılar

Back to top button