Cəmiyyət

Yağıntı kəsiləcək, külək əsəcək

Fevralın 25-də Bakıda və Abşeronda küləkli hava gözlənilir. Cümə günü yağan sulu qar gecəyə yaxın kəsiləcək.

Sinoptiklərin proqnozuna görə, şənbə günü yağıntı gözlənilmir. Güclü cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0 + 3, gündüz müsbət 5 + 8 dərəcə olacaq.

Ölkə rayonlarında əsasən yağıntı olmayacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında mənfi 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək, gündüz müsbət 7 +11 dərəcə olacaq. Dağlarda gecə mənfi 12-17, gündüz mənfi 3-8 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button