Cəmiyyət

Bakıda bəzi binalara istiliyin verilməməsinin səbəbi nədir? – Video

İstilik mövsümünə rəsmi olaraq başlansa da, Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 77, 87, 89, 91-93 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

AzToday.az “Xəzər xəbər”ə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini bir az da çətinləşdirib.
Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında da yaşanır.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”ın rəsmisi Elvin Basqallı bildirdi ki, bütün qazanxanalar qrafik üzrə işə salınıb:

“Bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var və bunların hamısı da bir-bir aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür. Bununla bərabər hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır. Hazırda bununla bağlı aidiyyəti üzrə müraciət olunub”.

Bənzər yazılar

Back to top button