İdman

“Ronaldo “Mançester Yunayted”dəki hər kəsi dəfn etdi”

İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker Kriştiano Ronaldonun yaxın vaxtlarda “Mançester Yunayted”dən ayrılacağını düşünür.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, qalmaqallı müsahibə verən portuqaliyalı hücumçu ilə bağlı deyib: “Ronaldonun “Old Trafford”da qalacağını düşünmürəm. O, müsahibəsində demək olar ki, klubdakı hər kəsi dəfn etdi: oyunçular, heyət, məşqçilər, direktorlar şurası. İnanılmaz!”.

Qeyd edək ki, Ronaldo müsahibəsində “Mançester Yunayted”in onu qovmaq istədiyini, baş məşqçi Erik Ten Haqdan hörmət görmədiyini bildirmişdi.

Bənzər yazılar

Back to top button