ManşetSiyasət

Putin və Əliyev kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər

Şənbə günü Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı olub, Kremlin mətbuat xidməti bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların bütün kompleksinin reallaşması üçün növbəti addımlar nəzərdən keçirilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair praktiki məsələlərə diqqət yetirilib”, – məlumatda deyilir.

Qeyd edək ki, bu mövzu iki gün öncə Yerevanda Putinlə Ermənistanın baş naziri Paşinyanın danışıqlarında da qaldırılıb. Paşinyan onun yekunları ilə bağlı işarə edib ki, Rusiya Ermənistan dəmir yolunun Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən sahəsinin tikintisini maliyyələşdirməyə hazırdır.

Bənzər yazılar

Back to top button