Cəmiyyət

Sabiq deputatın oğlu yüksək vəzifəyə təyin edildi

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayev oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib.

Bənzər yazılar

Back to top button