Dünya

Avropa Parlamentinin sədr müavini DÇ ilə bağlı korrupsiya işinə görə saxlanıldı

Avropa Parlamentinin sədr müavini Eva Kaili Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işinə görə Belçikada saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ötən gün “Agence France-Presse” agentliyi məlumat yayıb.

Bildirilib ki, siyasətçinin yaşadığı yerdə axtarış aparılıb. Onun partnyoru da saxlanılıb. Hər ikisi korrupsiyada təhqiq edilir.

“Le Soir” nəşrinin məlumatına görə, dekabrın 9-da hüquq-mühafizə orqanları dörd həbs və 15-dən çox axtarış həyata keçirib. KİV-in məlumatına görə, Avropa Parlamentinin keçmiş üzvü Antonio Panzeri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Luka Visentini Qətərdən mükafat almaqda şübhəli bilinərək saxlanılıb.

“Politico” qəzeti Belçika polisinin Brüsseldə 16 evdə axtarış apardığını və ən azı dörd nəfəri saxladığını bildirib. Qeyd olunur ki, reydlər parlament üçün böyük qalmaqala səbəb ola bilər.

Bənzər yazılar

Back to top button