Siyasət

Özbəkistan Sərhəd Qoşunları komandanının Azərbaycana səfəri

Dekabrın 13-15-də Özbəkistan Sərhəd Xidmətinin komandanı general Salimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olub.

Azərbaycan Sərhəd Xidməti bildirib ki, səfər zamanı iki ölkənin Sərhəd Qoşunları komandanları arasında danışıqlar aparılıb. Texniki vasitələrdən istifadə etməklə sərhəd mühafizəsinin təşkili və peşəkar kadrların hazırlanması ilə bağlı aktual məsələlər müzakirə edilib.

Beynəlxalq terrorizm, qanunsuz miqrasiya və narkotrafikə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələlərinə ayrıca diqqət yetirilib.

Bənzər yazılar

Back to top button