İdman

Ronaldinyo: “Messi 8-ci dəfə “Qızıl top”u alacaq”

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo 2023-cü ildə “Qızıl top” mükafatı üçün favoritini açıqlayıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu mükafatı Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messinin alacağını düşünür:

“Düşünürəm ki, Lionel Messi 8-ci dəfə “Qızıl top”u alacaq. O, dünya çempionatının finalında dubl edib və kuboku qazanıb. Bunun sayəsində Leo tarixə düşəcək”.

Qeyd edək ki, 35 yaşlı Messi bir neçə gün əvvəl Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. Finalda dubl edən Messi ümumilikdə bu mundialda 7 qola imza atıb. Forvard yalnız Fransa yığmasının üzvü Kilian Mbappedən geri qalıb (8 qol). Həmçinin Messi bu mövsüm PSJ-nin heyətində 19 oyunda 12 qol vurub və 14 qolun ötürməsini verib. Futbolçu daha əvvəl 7 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Bənzər yazılar

Back to top button