Dünya

ABŞ bildirir ki, Putin dəstək üçün Vaqner muzdlularına müraciət edib

Cümə axşamı Ağ Ev bildirib ki, Ukraynaya hücumdan 10 ay sonra Rusiya lideri Vladimir Putin dəstək üçün “Vaqner” muzdlu qrupuna getdikcə daha tez-tez müraciət edir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Vaqner öz qrupunun Ukrayna ərazisindəki əməliyyatlarının maliyyələşdirilməsinə ayda 100 milyon dollardan çox vəsait xərcləyir, deyə ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi jurnalistlərə bildirib.

Ağ Evin qiymətləndirmələrinə görə, hazırda Ukraynada Vaqnerin 50 000 muzdlusu var, onların 40 000-i Rusiya həbsxanalarının məhbusları, qalan 10 000-i isə müqavilə əsasında xidmət edənlərdir.

Kirbi həmçinin bildirib ki, Şimali Koreya Vaqnerə ilkin silah tədarükünü yekunlaşdırıb.

Vaşinqton yaxın günlərdə “Vaqner” muzdlu qrupuna qarşı əlavə sanksiyalar elan etməyi planlaşdırır, deyə Kirbi bildirib.

Bundan başqa, cümə axşamı Bayden administrasiyası Ukrayna limanlarına hücumlarla əlaqədar Rusiyanın 10 hərbi-dəniz təşkilatına qarşı sanksiyalar tətbiq edib. “Rusiyanın Ukraynanın xaricə taxıl tədarükünün keçdiyi Ukrayna limanlarına qarşı hərbi-dəniz əməliyyatlarının ardınca Birləşmiş Ştatlar Rusiyanın hərbi-dəniz obyektlərinə qarşı sanksiyalar tətbiq edir”, deyə dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir.

Bənzər yazılar

Back to top button