Siyasət

Prezident onu DGK-ya sədr müavini təyin etdi

Natiq Telman oğlu Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Prezidentin digər bir sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayev vəzifəsindən azad edilib.

Xatırladaq ki, İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Bənzər yazılar

Back to top button