Hadisə

Sərhədçilər sərhəd pozucularının, cinayətkarların saxlanılması, qaçaqmalçılığın qarşısının alınması barədə hesabat veriblər

2022-ci ilin dekabrında Azərbaycan sərhədini pozan 73 nəfər saxlanılıb. Onlardan 24-ü Azərbaycan, 18-i Şri-Lanka, 16-ı Pakistan, 4-ü Hindistan, 3-ü İran, 3-ü Əfqanıstan, 2-i Türkiyə, hər birindən bir nəfər olmaqla Banqladeş və Tacikistan vətəndaşıdır. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində saxta pasport və viza ilə sərhədi keçməyə cəhd edən 43 nəfər saxlanılıb.

Sərhəd rejiminin pozulmasına görə 1577 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində axtarışda olan 300 nəfər hüquq-mühafizə orqanlarına təhvil verilib. Bundan əlavə, 421 nəfərin ölkədən çıxışının, 27 nəfərin isə ölkəyə girişinin qarşısı alınıb.

Sərhədçilər tərəfindən 319 kiloqram 676 qram narkotik maddə və 91147 ədəd psixotrop həb götürülüb.

Bundan əlavə, qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində 7 milyon 342 min manat, o cümlədən 3 kiloqram 692 qram zərgərlik məmulatı, 150 kiloqram kürü, həmçinin tütün məmulatları, xarici valyuta götürülüb. (Turan)

Bənzər yazılar

Back to top button