İdman

Oyun zamanı bukmeyker kontorunun reklamının qadağası tələb olunur

Kanadanın Ontario vilayətinin investisiya qrupunun rəhbəri, MHL-in sabiq ulduzlarından biri oan Pi Key Subbenin atası Karl Subban bukmeyker oyunlarının reklamının yığışdırılması tələbi ilə çıxış edib. Sport24.az xəbər verir ki, o, ən azı MXL oyunları zamanı reklamın görünməməsinin daha doğru olduğunu söyləyib: “Bu, böyük problemdi. Qumar oyunları insanlarda asılılıq yaradır. Marketinq siyasəti daha çox gənclərin diqqətini cəlb etməyə yönəlib. Bu, cəmiyyətin ən yaralı yeridir. Qumar oyunlarına alışanlar maliyyə problemi yaşayır, stressə düşür və bəzən bu intiharla yekunlaşır. Kanada cəmiyyətinə belə hallar mənfi təsir göstərir”.

Xatırladaq ki, MXL-də bir oyunun gedişində 10 dəqiqəyə qədər bukmeyker reklamı gedə bilər.

Bənzər yazılar

Back to top button